Ərdoğanın işığını kəsəcək məmur axtarılır: Prezident sarayının elektrik xərci – ŞOK RƏQƏM
Bizi izləyin

Dünya

Ərdoğanın işığını kəsəcək məmur axtarılır: Prezident sarayının elektrik xərci – ŞOK RƏQƏM

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi, adanalı millət vəkili Əli Demirçalı Prezident Sarayının elektrik enerjisinə çəkilən xərcləri parlamentin gündəminə gətirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili Prezident Sarayının elektrik enerjisinə çəkilən xərclərlə bağlı qəbzi ələ keçirdiyini bildirib.

“Sarayın vətəndaşın üzərinə düşən xərci getdikcə artır. Sarayın elektrik enerjisinə çəkilən xərclər ortalığı qarışdıracaq. Yalnız bir aylıq xərc 1 milyard (fakturadakı rəqəm 1 milyon 150 min lirədir) lirədir. Sarayın elektrik enerjisini kəsəcək mərd bir məmur axtarıram. Qoy, vətəndaşı bu bəladan qurtarsın”, - CHP-li millət vəkili deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm