Dini lider Qərbi təhdid etdi
Bizi izləyin

Dünya

Dini lider Qərbi təhdid etdi

İranın Ali dini lideri Ayətullah Xameneyi Avropa ölkələrini təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dini lider İrana qarşı qəbul oluna biləcək yeni sanksiyalara cavab olaraq Avropaya ixrac edilən qazı silah kimi istifadə edəcəklərini söyləyib.

“İran lazım gələrsə, dünya və Avropanın ehtiyacı olan təbii qaz ilə onlara sanksiya tətbiq edə bilər. Əgər sanksiya silahı İran xalqına qarşı istifadə olunarsa, İran xalqı da onlara qarşı sanksiyalar tətbiq edəcək. Dünyanın ən çox neft və təbii qaz ehtiyatına sahib İran cavab sanksiyaları tətbiq etməyə hazırdır”, - Ayətullah Xameneyi bildirib.

Xameneyi bölgədəki İŞİD təhlükəsinə də diqqət çəkərək ABŞ-ın terror təşkilatını dəstəklədiyinə dair əllərində sübutların olduğunu qeyd edib: “İŞİD-ə qarşı aldadıcı koalisiya yaradılanda amerikalılar Xarici İşlər Nazirliyimizə məktub yazaraq terror təşkilatını dəstəkləmədiklərini söylədilər. Ancaq bir neçə gün sonra ABŞ-ın İŞİD-ə silah yardımını göstərən fotoşəkillər ortaya çıxdı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm