Liviyanın Qübbə şəhərində silsilə bomba hücumları olub
Bizi izləyin

Dünya

Liviyanın Qübbə şəhərində silsilə bomba hücumları olub

Liviyanın şimal-şərq bölgəsində 3 avtomobilə yerləşdirilmiş bombaların partladılması nəticəsində azı 30 nəfərin ölün, onlarla insan yaralanıb.

Publika.az-ın məlumatına görə, hücumlar bu gün, islamçıların nəzarətində olan ərazilərin yaxınlığında, Liviya hökumətinin nəzarətindəki Qübbə şəhərində həyata keçirilib. Bomba hücumlarının hədəf obyektləri barədə xəbərlər zidiyyətlidir. Rəsmilər bomba yerləşdirilmiş avtomobillərdən birinin təhlükəsizlik idarəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partladıldığını bildirib.

Hücumların təhlükəsizlik obyektlərinə qarşı nəzərdə tutulduğunu deyən digər rəsmilər isə bombalardan birinin Liviya parlamenti spikerinin evini hədəf aldığını deyib. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm