ABŞ İŞİD-in məhvi tarixini açıqladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-in məhvi tarixini açıqladı

ABŞ İŞİD terror təşkilatına qarşı böyük hücuma hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ İraq və Suriyada İŞİD-ə böyük zərbə vurmaq üçün ilkin mərhələdə İraq əsgərləri və peşmərgə güclərinə təlim keçəcək, daha sonra Rakka və Mosul şəhərlərinə hücum təşkil ediləcək.

Suriyada İŞİD-ə qarşı döyüşəcək 5 min müxalifət silahlısına hərbi təlim üçün Türkiyə ilə razılaşma imzalayan ABŞ 400 hərbi təlimatçısını göndərəcəyini açıqlayıb. Üç il ərzində təlim alacaq müxalif silahlıalrı həm Əsəd rejimi, həm də İŞİD-ə qarşı döyüşəcək.

Kürd və müxalif qruplar Kobanidəki qələbədən sonra İŞİD-in paytaxtı hesab olunan Rakkaya addım-addım irəliləyir. Rakka yaxınındakı 19 yaşayış məntəqəsi terror təşkilatından geri alınıb. ABŞ aprel və may aylarında İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi üçün həyata keçiriləcək irimiqyaslı quru əməliyyatına liderlik edəcək.

Plana görə, İraq əsgərləri və kürd birliklərindən ibarət 25 minlik qüvvə 2 minə qədər silahlının olduğu Mosula hücum edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm