BMT jurnalistlər üçün təqaüd proqramı elan edib
Bizi izləyin

Dünya

BMT jurnalistlər üçün təqaüd proqramı elan edib

Dag Hammarskjöld Fondu inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən peşəkar jurnalistlər üçün 2014-cü il təqaüd proqramını elan edib.

Dag Hammarskjöld Fondu inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən peşəkar jurnalistlər üçün 2014-cü il təqaüd proqramını elan edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən bildiriblər ki, təqaüd proqramında iştirak etmək üçün radio, televiziya, çap və internet mediasında çalışan 25-35 yaş arasında olan jurnalistlər martın 31-dək müraciət edə bilərlər.

Təqaüd proqramının qalibi olan jurnalistlər BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək və burada beynəlxalq məsələlər barədə məlumatları işıqlandırmaq imkanı əldə edəcəklər.
Proqram sentyabr ayında başlayacaq və üç ay davam edəcək. Proqramda iştirak üçün bütün xərclər fond tərəfindən ödəniləcək.

Daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil olmaq olar: www.unjournalismfellowship.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm