Rusiya terror aktı üçün 10 min dollar ödəyib – RƏSMİ İTTİHAM
Bizi izləyin

Dünya

Rusiya terror aktı üçün 10 min dollar ödəyib – RƏSMİ İTTİHAM

Xarkov terrorçuları Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsindən (QRU) 10 min dollar alıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentina Nalivayçenko mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xarkovda terror aktlarının təşkilatçıları QRU-dan puldan əlavə silah da alıblar. Təhlükəsizlik Xidmətinin sədri bildirib ki, terror aktına görə, saxlanılanların hamısı artıq ifadə verib.

Xarkov şəhərinin 1978-ci il təvəllüdlü sakini terrorçuların rəhbəri olub. Saxlanılanlar arasında iki rusiyalı da var.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov dünənki açıqlamasında terror aktının iştirakçılarının Rusiyada hazırlıq keçdiyini bildirib.

Xatırladaq ki, Xarkovda terror aktı 22 fevral tarixində Maydan hadisələri və sabiq prezident Viktor Yanukoviçin qaçışının ildönümünə həsr edilmiş təntənəli yürüş zamanı törədilib. Bomba partladılması nəticəsində 4 nəfər həlak olub, 15 nəfər ağır yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm