
Səudiyyə Ərəbistanı sakinləri region üçün nadir hadisə olan qara baxmaq üçün ölkənin şimal-qərbindəki dağlıq ərazilərə gəlirlər.
Qar Təbuk şəhəri yaxınlığında dağları və yolları örtüb.
“Mignews”verdiyi xəbərə görə, soyuqların düşməsi fonunda Ərəbistan dövlətinin cənubunda yerləşən isti Rub əl-Xali səhrası ilə təzad kəskin şəkildə hiss olunur.
Yerli sakinlərdən biri qarlı qışdan zövq almaq üçün 250 km məsafə qət edib.