• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Putin rüşvətxor qubernatoru işdən çıxardı

  • Dünya
  • 25 Mart 2015 17:55
  • 551 Baxış
Putin rüşvətxor qubernatoru işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin korrupsiyada ittiham olunan Saxalin vilayətinin qubernatoru Aleksandr Xoroşavini bağışlamayıb.

Publika.az Rusiya mediasna istinadən xəbər verir ki, qubernator Putinin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Putinin digər əmri ilə Oleq Kojemko Saxalin vilayətinin qubernatoru təyin edilib.

Xatırladaq ki, Aleksandr Xoroşavin korrupsiyada ittiham edilərək martın 5 - də həbs olunub. Moskva məhkəməsi onu 5,6 mlyon dollar rüşvət almaqda ittiham edir. Cənubi Saxalin termik elektrik stansiyasının tikintisinin tenderində böyük miqdarda rüşvət aldığı iddia edilən qubernatorun 15 il qədər həbsi istənilir.

Xaroşavinin Moskvadakı evi və Saxalindəki villasında aparılan axtarışlar zamanı külli miqdarda pul, qızıl - ziynət əşyaları, bahalı saatlar və telefonlar aşkar olunub. Axtarış əməliyyat tədbirləri çərçivəsində Saxalində 10, Moskvada isə 5 yerdə araşdırma aparılıb. Qubernatorla yanaşı onun üç müavini barədə də təhqiqat aparılır. Xoroşavin məhkəmədə 72 yaşında şikəst anasının olmasını əsas gətirib 5 milyon rubl girov müqabilində azadlıq tələb etsə də, onun vəsaiti təmin olunmayıb.

Aleksandr Xoroşavina 2007-ci ildə Saxalin vilayətinin qubernatoru idi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR