
Ukraynanın Donetsk vilayətində rusiyapərəst separatçıların qanunverici orqanının üzvü Roman Voznik və onun müavini öldürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə separatçıların rəsmi
nümayəndələrndən biri Andrey Purgin xəbər verib.
O bildirib ki, onlar martın 26-da Donetsk şəhərində öldürülüblər.
Hələlik onların kimlər tərəfindən güllələndiyi demək çətindir.
R.Voznik həm də “Miraj” adlı üsyançı batalyonun komandiri idi.
Separatçıların digər lideri Aleksandr Kofman isə onların axşam saat
11 radələrində maşında güllələndiklərini söyləyib.
Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində
hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən
döyüşlərdə 6 mindən çox onsan həlak olub.