Türkiyədə 9 azərbaycanlı saxlanıldı
Bizi izləyin

Dünya

Türkiyədə 9 azərbaycanlı saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları qeyri-qanuni fəaliyyət göstərən mətbəəni aşkarlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaeli vilayətində qanunsuz mətbəənin fəaliyyət göstərməsi barədə Gebze Polis Şobəsinə məlumat daxil olub.

Mətbəədə dərhal əməliyyat keçirilib. Əməliyyat zamanı 7 mindən çox kitab və bu kitabların çap edildiyi mətbəə maşınları müsadirə edilib. Məlumata görə, mətbəədə çalışan 9 Azərbaycan vətəndaşı saxlanaraq polis bölməsinə aparılıb. Onların Türkiyədə yaşamaq üçün icazəsinin olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm