Dünya
İsrailli silah tacirləri İrana silah satıb – İDDİA
İranın nüvə proqramı ilə əlaqədar Tehran və “5+1” arasında əldə olunan çərçivə razılaşmasından bir neçə gün sonra ortaya şok iddia atılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 11 sentyabr terror aktından sonra qurulan "Homeland Security" daxili təhlükəsizlik təşkilatı İsrailin silah tacirlərinin İrana gizli şəkildə silah satdığını bildirib.
Təşkilatın əldə etdiyi məlumata görə, İsrail 2012-ci ildən bu yana reaktiv təyyarələrin hissələri də daxil olmaqla İrana bir sıra silah növləri satıb. İsrailli silah tacirlərinin İranla gizli silah ticarətindən ilk olaraq yunanlar vasitəsilə xəbər tutduğu bildirilir. Yunanıstan bu barədə Vaşinqtona məlumat verəndən sonra Federal Tədqiqat Bürosu və "Homeland Security" hadisəni araşdırmağa başlayıb.
Ömər Dağlı
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada