Ərdoğan Tehranda avro və dollara müharibə elan etdi
Bizi izləyin

Dünya

Ərdoğan Tehranda avro və dollara müharibə elan etdi

Tehranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə birgə mətbuat konfransı keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran prezidenti iki tərəfin də Yəməndə atəşkəsin təmin edilməsi mövzusunda qərarlı olduğunu bildirib.

Görüşdə əhəmiyyətli mövzuların müzakirə edildiyini deyən Ərdoğan bahalı İran qazına diqqət çəkib: “Təəssüf ki, iqtisadi sahədə müəyyən etdiyimiz hədəfdən geridəyik. İki ölkə arasında ticarət dövriyyəsi İranın lehinədir, amma artıq yeni addımlar atmaq istəyirik. Otuz milyard dollarlıq ticarət dövriyyəsini hədəf kimi qoymalıyıq. Ən bahalı təbii qazı İrandan alırıq. Bu məsələni müvafiq bir nöqtəyə gətirməliyik”.

Ərdoğan Türkiyə və İran arasında ticarətin milli valyutalarla aparılmasını təklif edib. Türkiyə prezidenti həmkarı ilə görüşdə İraq və Suriyadakı vəziyyətin də müzakirə olunduğunu deyib: “İraq bizim üçün qan ağladığımız bir yerdir. İraqda indiyə kimi 100 mindən çox insan ölüb. Suriyada isə 300 min insan ölüb. Məni nə şiə, nə də sünni maraqlandırır. Məni müsəlman maraqlandırır, məni insan maraqlandırır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm