Dünya
Üsyançılar Yəməndə dəniz limanını və aeroportu ələ keçiriblər
“Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları ilə onların tərəfində döyüşən ordu hissələri aprelin 7-də Ədənin dəniz limanı və beynəlxalq aeroport üzərində nəzarəti tam olaraq ələ keçiriblər.
Üsyançılar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın
hava zərbələrinə baxmayaraq, “Əl-Anad” hərbi bazasından ölkənin
cənub paytaxtına əlavə qüvvə göndərməyə nail olublar. Məhz bu da
toqquşmaların taleyini müəyyən mənada həll edib.
Yerli əhalidən təşkil olunmuş qanuni hakimiyyət tərəfdarlarının -
könüllülərdən ibarət xalq müqavimət komitəsi döyüşçülərinin əlində
isə Şeyx-Osman rayonundakı dayaq məntəqəsi qalıb. Ötən sutka
ərzində Ədən şəhərində gedən döyüşlər zamanı 18 dinc sakinin öldüyü
bildirilir.
Bu arada “ərəb koalisiyası” Yəmənin mərkəzi və qərb rayonlarına
hava zərbələri endirməkdə davam edir. Zərbələrdən biri İbb
şəhərindəki respublika qvardiyasının hərbi bazasına dəyib. Burada,
həmçinin qonşu Taiz şəhərinə aparan Əs-Siyani körpüsü
dağıdılıb.
Yəmən üsyançılarının Qırmızı dənizdə yerləşən Əl-Hudeyda limanı
rayonundakı mövqeləri həm aviasiya, həm də hərbi gəmilər vasitəsi
ilə atəşə tutulub. Eyni zamanda, Ədən şəhərindən 150 kilometr
şimalda yerləşən “Mkeyras” hərbi bazası da Hərbi Hava Qüvvələrinin
hədəfinə çevrilib.
Döyüşlərin şiddətləndiyi bir vaxtda Beynəlxalq Qırmızı Xaç
komitəsinə aid humanitar yardım yükü ilə dolu ilk təyyarə Yəmənin
paytaxtı Səna şəhərinə enib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər