“Təslim olun!” - Qiyamçılara 3 gün vaxt verildi
Bizi izləyin

Dünya

“Təslim olun!” - Qiyamçılara 3 gün vaxt verildi

Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin Ədən şəhərində husi qiyamçılarına aid mövqeləri bombalayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, quru əməliyyatları aparan Yəmən prezidenti Abdurabbu Mənsur Hadini dəstəkləyən 4-cü hərbi bölgə komandirliyi husi silahlılarına təslim olmaları üçün 3 gün vaxt verib.

Mənsur Hadinin Ədəni müvəqqəti mərkəz elan etməsindən sonra husi qiyamçıları şəhərə doğru hərəkət edərək bəzi strateji nöqtələrə nəzarəti ələ keçirib. Yəmənin Ərəb Birliyi və beynəlxalq cəmiyyəti təcili hərbi müdaxiləyə çağırmasından sonra Səudiyyənin liderlik etdiyi koalisiya martın 26-da husilərə qarşı hava əməliyyatlarına başlayıb.

Qətər əmiri Əl-Saninin isə əməliyyatların idarə olunduğu hava bazasına gələrək əməliyyatın gedişi ilə tanış olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm