
Cerald Anderson bununla bağlı məhkəməyə müraciət edib
ABŞ-ın “Rapid City” şəhərində yaşayan bir kişi qadın müdiri ilə
sevişmək təklifini qəbul etmədiyi üçün işdən qovulub.
Cerald Anderson adlı şəxs bununla bağlı məhkəməyə müraciət edib. O, şikayətində işdən haqsız yerə qovulduğunu bildirir.
Müdirəsi Danielle Dahlenburqun daima ondan sekslə məşğul olmağı tələb etdiyini və o da işini itirməmək xatirinə, bu tələbə boyun əymək məcburiyyətində qaldığını qeyd edib .
Müdirəsinin tələbələrini bir neçə ay yerinə yetirdiyini, ancaq bundan imtina etdikdə isə işdən çıxarıldığını bildirən Andersonun başına gələn bu hadisə Hollivud filmlərinin senarisini xatırladır.