Baş nazirə hökm oxundu
Bizi izləyin

Dünya

Baş nazirə hökm oxundu

Bu gün Gürcüstanın keçmiş Baş naziri Vano Merabişvilinin məhkəməsi keçirilib. Tiflis şəhər məhkəməsinin bir neçə saat davam edən iclasından sonra keçmiş hökumət rəhbərinə 4 il 6 ay iş kəsilib.

“Axar.az” Gürcüstandaki mənbələrə istinadən xəbər verir ki, məhkəmə qarşısında aksiya keçirən 4 nəfər həbs edilib. Tiflis polisindən verilən məlumata görə, onlar V. Merabişvili tərəfdarı olan “Azad zona” təşkilatının üzvləridir. Xatırladaq ki, sabiq Baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir. Bundan öncə keçirilən ilkin instansiya məhkəməsi keçmiş Baş nazirə 5 il iş kəsmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm