İrəvan geri addım atır
Bizi izləyin

Dünya

İrəvan geri addım atır

İrəvan geri addım atır

Ermənistan Respublika Partiyasının rəhbərliyi yığım pensiya sisteminin tətbiqi barədə qanunun icrasını təxirə salmaq istəyir.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Lragir” qəzeti yazıb.

Sözügedən qanunun ölkədə ciddi narazılıq doğurduğunu qeyd edən qəzet qeyd edir ki, prezident Serj Sarkisyan da əhalinin 80 faizinin qanuna qarşı çıxdığını qəbul edir.

Yığım pensiya sisteminin tətbiqi barədə qanun layihəsi ötən il boyu davam edən etirazlara baxmayaraq, Ermənistan parlamentində qəbul edilib və yanvarın 1-dən qüvvəyə minib.

Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir.

Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdilər.

Lakin Konstitusiya Məhkəməsi müxalifətin müraciətinə rədd cavabı verib.

Amma “Lragir” hesab edir ki, qanunun icrasının təxirə salınması heç də yalnız ictimai rəylə bağlı deyildir.

“Əgər ictimai rəy nəzərə alınsaydı, Respublika Partiyası hakim partiya olmazdı. Serj Sarkisyan, baş nazir və hökumət üzvləri başqaları olardı”, - qəzət bildirir.

“Lragir” bildirir ki, hakimiyyət qanunun icrasından sonra yeni problemlərlə qarşılaşacağından ehtiyatlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm