İran Səudiyyə Ərəbistanını hədələdi: “Vuracağıq” – FOTO
Bizi izləyin

Dünya

İran Səudiyyə Ərəbistanını hədələdi: “Vuracağıq” – FOTO

İranın Quru Qoşunları komandanı, general-mayor Ahmet Rıza Bordistan Yəməndə baş verən hadisələrlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, iranlı general bəyan edib ki, əgər Səudiyyə Ərəbistanı ordusu Yəməndə hərbi əməliyyatları davam etdirsə və bunun nəticəsində husilər həlak olarsa, o zaman İran dövləti bunu susaraq qarşılamayacaq: “Biz Səudiyyə Ərəbistanı ilə müharibə aparmaq istəmirik. Bunun üçün də Səudiyyə Ərəbistanı ordusu Yəməndə olan qardaşlarımızı öldürməyi dayandırmalıdır. Əgər Ərəbistan ordusu Yəməndəki hərbi əməliyyatları və husilərə qarşı mübarizəni dayandırmazsa, o zaman Səudiyyə Ərəbistanını havadan raket zərbələri ilə vuracağıq”.

İranlı komandan Səudiyyə Ərəbistanı ordusunun təcrübəsiz olduğunu vurğulayıb: “Səudiyyə Ərəbistanı ordusunun təcrübəsiz olması ilə yanaşı, həm də çox zəifdir. İstənilən ölümcül zərbələr qarşısında bir anda yox olmağa və məğlubiyyətə məhkumdur. Ona görə də Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatları dərhal dayandırmalı və siyasi həll yolu üçün danışıqlara başlamalıdır. Əks halda, husilərin yeni hədəfi həm də Səudiyyə Ərəbistanı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm