Buzlar əriyir: Merkel mayın 9-da Moskvaya gəlir
Bizi izləyin

Dünya

Buzlar əriyir: Merkel mayın 9-da Moskvaya gəlir

Almaniya kansleri Angela Merkel faşizm üzərində Qələbənin 70-ci ildönümünü Rusiya Prezidenti Vladimir Putinlə birlikdə qeyd etmək üçün Moskvaya gedəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert məlumat verib. Onun sözlərinə görə, iki dövlətin liderləri Naməlum Əsgərin məzarı önünə əklil qoyacaq, işgüzar nahar süfrəsi arxasında görüşəcəklər.

“Kanslerin Moskvaya səfəri baş tutacaq, çünki İkinci Dünya müharibəsində - Almaniyanın başladığı müharibədə Rusiya xalqının əzab-əziyyətlərinə və onun verdiyi böyük qurbanlara ehtiramla yanaşmaq lazımdır”, - Zaybert əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm