İran Əsəddən imtina etdi
Bizi izləyin

Dünya

İran Əsəddən imtina etdi

Türkiyənin körfəz ölkələri ilə əməkdaşlığı və çevik strategiyasından sonra İran Suriya rejiminin lideri Bəşər Əsəddən imtina edib.

Publika.az xəbər verir ki, bu iddia ilə "Habertürk" qəzetinin yazarı Silo Özəl çıxış edib.

Onun sözlərinə görə, Tehran artıq küncə sıxışdırılıb və Suriya məsələsində dirənməyə gücü qalmayıb.

“Səudiyyə Ərəbistanı son vaxtlar Türkiyə, Qətər və İordaniya ilə birlikdə İranın bölgədə artan təsirini azaltmaq üçün hücumlar təşkil edir. Suriyada hər il 35 milyard dollara yaxın pul xərcləyən, gənclərini ölümə göndərən Tehran küncə sıxışdırılıb. İran ilə münasibətlərində normallaşma dövrünü yaşayan ABŞ digər tərəfdən Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi əməliyyatlarına dəstək verir. Buradan ortaya çıxan nəticə isə budur: Obama rəhbərliyi bir tərəfdən İran ilə əməkdaşlıq yollarını açarkən, digər tərəfdən də Körfəz bölgəsində Tehranın hegemon güc olma istəyinin qarşısını almağa çalışır”, - Soli Özəl yazıb.

Yazar qeyd edir ki, Bəşər Əsədin döyüş gücü də getdikcə zəifləyir: “Əsədin qazanacağından söhbət gedə bilməz. Ancaq bu zəiflik müxalifətin rejimi devirəcəyi anlamına da gəlmir. Bu vəziyyətdə diplomatik bir hücuma ehtiyac var. Xarici mənbələr hesab edir ki, müxalifətin son qələbələrində prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin də payı var. İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər cəbhəsindəki əməkdaşlıq silahlı müxalifətin uğurlarını təmin edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm