Baş nazirin diplomu saxtadır - İTTİHAM
Bizi izləyin

Dünya

Baş nazirin diplomu saxtadır - İTTİHAM

Moldovanın hüquq mühafizə orqanları ölkənin baş naziri Kirill Qabruçanın təhsil haqqında sənədlərinin həqiqiliyini yoxlayacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Moldovanın baş nazirinin adına verilmiş diplomun saxta olması haqda araşdırmalar aparılacaq. Məlumatda deyilir: “KİV-də saxta diplom haqda yayılan məlumatdan sonra baş nazirin adına verilmiş sənədlərin həqiqiliyi yoxlanılacaq. Artıq faktla bağlı cinayət işi qaldırılıb”.

Qalmaqal Moldova qəzetlərinin birində yayımlanan məqalədən sonra başlayıb. Məqalədə bildirilir ki, Qabruçanın orta təhsil haqqında sənədi yoxdur və ona görə də universitetə daxil ola bilməzdi. Lakin təhsil nazirliyinin verdiyi informasiyaya görə, Moldova hökumətinin başçısı yerli mikroelektronika kollecini, Moldovanın iqtisadiyyat akademiyasını və Kişinyovda yerləşən özəl universitetlərdən birini bitirib. Bu məsələyə nöqtə qoymaq üçün polis Liberal Partiyasının deputatlarına müraciət edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm