Klintonun təyyarəsi Afrikada təcili eniş etdi
Bizi izləyin

Dünya

Klintonun təyyarəsi Afrikada təcili eniş etdi

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun təyyarəsi Tanzaniyada təcili eniş etməyə məcbur olub.

Publika.az CBS telekanalına istinadan xəbər verir ki, eks-prezidentin təyyarəsinin dörd mühərrikindən biri xarab olub.

Təyyarədə Klintonun qızı Çelsi də olub. Telekanalın məlumatına görə, təyyarədə olanlardan heç kim zərər çəkməyib.

Xəbərdə bildirilir ki, Bill Klinton ailəsinin fondu tərəfindən maliyyələşdirilən layihələrin icrasını yoxlamaq üçün Şərqi Afrikaya gedirmiş. Fondun layihələri kənd təsərrüfatı, səhiyyə və təhsilin inkişafı, o cümlədən təbiətin qorunması ilə bağlıdır.

Qeyd edək ki, Bill Klinton fondu qlobal problemlərin həllinə kömək etmək üçün 2001-ci ildə yaradılıb. Fonda Amerikanın böyük şirkətləri, məşhur biznesmenlər, ictimai xadimlər, başqa dövlətlərin, həmçinin Norveç, Oman və Səudiyyə Ərəbistanının hökumətləri ödənişlər edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm