Növbəti dinləmə qalmaqalı: Almaniya NSA-nın köməyi ilə Fransanı dinləyib
Bizi izləyin

Dünya

Növbəti dinləmə qalmaqalı: Almaniya NSA-nın köməyi ilə Fransanı dinləyib

Almaniya mətbuatında ölkə kəşfiyyatı ilə ABŞ kəşfiyyatı arasındakı gizli razılaşmalara dair yeni detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, növbəti belə bir iddia ilə “Süeddeutsche Zeitung” qəzeti çıxış edib.

“Süeddeutsche Zeitung”in xəbərinə görə, Almaniyanın kəşfiyyat xidməti BND Fransa Prezident Sarayı və Xarici İşlər Nazirliyini dinləmək üçün ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) köməyindən istifadə edib. Nəşr ABŞ və Almaniya kəşfiyyatının illərlə davam edən əməkdaşlığı çərçivəsində Avropa Komissiyasının da dinlənildiyini bildirib.

Almaniya mediasının ötən həftə irəli sürdüyü iddiaya görə, BND NSA-nın adından Avropadakı müdafiə sənayesi şirkətlərini dinləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm