Daha bir ölkə “erməni soyqırımı" dedi
Bizi izləyin

Dünya

Daha bir ölkə “erməni soyqırımı" dedi

Daha bir ölkənin parlamenti qondarma erməni soyqırımını tanıyıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Lüksemburq parlamenti qondarma “erməni soyqırımı”nı tanıması barədə qanun layihəsini təsdiq edib.

Qanun layihəsini Xristian Demokrat Partiyası təqdim edib. Digər siyasi qruplar layihəni dəstəkləyiblər. Parlament ermənilərə 1915-ci il hadisələri ilə bağlı başsağlığı verən Türkiyə prezidenti və baş nazirinə təşəkkür etməyi də unutmayıb.

Qeyd edək ki, artıq “erməni soyqırımı”ni tanıyan ölkələrin sayı 22-yə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm