Avstraliya ABŞ-ın B-1 bombardmançı təyyarələri ilə bağlı xəbərləri təkzib edib
Bizi izləyin

Dünya

Avstraliya ABŞ-ın B-1 bombardmançı təyyarələri ilə bağlı xəbərləri təkzib edib

Mayın 15-də Avstraliyanın Baş naziri Toni Abbot Pentaqonun nümayəndəsi Devid Şierin ABŞ-ın B-1 strateji bombardmançı təyyarələri bu ölkəyə göndərmək planı barədə bəyanatını təkzib edib.

T.Abbot jurnalistlərə deyib ki, ABŞ rəsmisi yanılır. Bu təyyarələrin Avstraliyaya göndərilməsi ilə bağlı heç bir plan yoxdur.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ müdafiə nazirinin Asiya-Sakit okean regionunda təhlükəsizlik üzrə köməkçisi Devid Şier Konqresdə dinləmələr zamanı həmin strateji bombardmançıları Avstraliyaya göndərmək planı barədə danışıb.

D.Şier bildirib ki, bu addım Çinin qarşısını almaq məqsədi daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm