“Gecə canavarları”nın lideri separatçıları maliyyələşdiməkdə ittiham edilir
Bizi izləyin

Dünya

“Gecə canavarları”nın lideri separatçıları maliyyələşdiməkdə ittiham edilir

Rusiyanın “Gecə canavarları” motoklubunun lideri Aleksandr Zaldostanov (Cərrah) Donbas separatçılarının maliyyələşdirilməsində iştirak edir.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilən xəbərdə deyilir.

Məlumata görə, Aleksandr Zaldostanov separatçıların maliyyələşdirilməsində “Forex Trend”şirkətindən istifadə edib. Qeyd edilir ki, Zaldostanovun qeyri-qanuni fəaliyyətinin sübutları şirkətin ofislərində axtarış zamanı əldə olunub. Əldə olunan sübutlar üzrə Ukrayna Cinayət Məcəlləsinin “terrorizmin maliyyələşdirilməsi” maddəsi ilə cinayət işi qaldırılıb.

“Forex Trend” şirkəti Yeni Zellandiyada qeydə alınıb. Onun Ukrayna, Rusiya, Hindistan və Belorusda ofisləri var.

A.Zaldostanovun özü isə 2015-ci ilin əvvəlindən anti-maydan hərəkətinin yaradılmasının təşəbbüskarlarından biri kimi çıxış edib. Motoklubun lideri prezidenti Vladimir Putinin siyasətini fəal dəstəkləyir. “Cərrah” ləqəbli Zaldostanov 1989-cu ildən “Gecə canavarları”na rəhbərlik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm