Avropa erməniləri kürdlər üçün səs istədi
Bizi izləyin

Dünya

Avropa erməniləri kürdlər üçün səs istədi

Avropa Erməni Federasiyası 7 iyunda Türkiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, federasiya Avropada yaşayan Türkiyə vətəndaşlarını kürd partiyası olan Xalqların Demokratik Partiyasına (HDP) səs verməyə çağırıb.

“Avropada yaşayan türk vətəndaşlarını 7 iyun seçkilərində HDP-yə səs verməyə çağırırıq. Federasiyamızın HDP-yə dəstəyi ortaq maraqlarımızın kökundə dayanan dəyərlər və yanaşmalardır”, - bəyanatda deyilir.

Bəyanatda HDP Türkiyədə “qabaqcıl bir güc” hesab edilir və bu partiyanın bəzi etnik erməniləri millət vəkilliyinə namizəd göstərməsi təqdir edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm