Dünya
Hərbçilərin ölümü dövlət sirrinə aid edildi - FƏRMAN
Ukraynanın Donbas hövzəsindəki müharibədə rusiyalı hərbçilərin ölümü barədə informasiyaların bir-birini əvəzləməsi Rusiya rəhbərliyini hərəkətə gətirdi.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə sülh vaxtında xüsusi əməliyyatların keçirilməsi zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında itkilər haqqında məlumatlar dövlət sirri hesab olunacaq.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov dostu, jurnalist İlya Yaşinin rəhbərlik etdiyi müxalifət fəalları və jurnalistlər qrupu Donbas hövzəsindəki münaqişədə Rusiya hərbçilərinin iştirakı haqqında məruzənin üstündə işi bu ayın 11-də başa çatdırıb. “Putin. Müharibə” adlanan məruzədə Rusiyanın Donbasdakı döyüşlərdə verdiyi itkilər göstərilib. Nemtsovun qiymətləndirməsinə əsasən, Rusiyanın ən azı 150 əsgəri 2014-cü ilin avqustunda həlak olub. Nemtsovun iddiasına görə, təxminən 70 Rusiya əsgəri 2015-ci ilin yanvar-fevral aylarında Debaltsevo şəhəri yaxınlığında həlak olub.
İki gün əvvəl isə Amerika mətbuatı şok bir iddia ortaya atıb. “Bloomberg View” nəşrində siyasi müşahidəçi Coş Roqin ABŞ Konqresininin Nümayəndələr Palatasının silahlı qüvvələrlə iş üzrə komitənin sədri Mek Tornberriyə istinadən yazıb ki, Rusiya Donbas hövzəsində həlak olan hərbçilərinin cəsədlərinin yandırılması üçün mobil krematorlardən istifadə edib.
Yazıda bildirilir ki, Rusiya bununla da hərbi qulluqçuların itkilərini gizlətmək istəyib. Analoji iddia ilk dəfə bu ilin yanvarında ortaya atılıb. Mek Tornberri vurğulayıb ki, istinad etdiyi mənbələrə inanır. “Bu biz xəbərləri ukraynalılardan eşidirdik. Xəbərləri ABŞ və digər ölkələrin kəşfiyyatı tərəfindən də təsdiqlənir, - Konqres üzvü bildirib.
Ömər Dağlı
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü