AKP əleyhinə ilk gizli görüş: Kim kimi seçir? - MÜƏMMA
Bizi izləyin

Dünya

AKP əleyhinə ilk gizli görüş: Kim kimi seçir? - MÜƏMMA

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim etməsindən sonra koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlamentdə təmsil olunmaq hüququ qazanan partiyalar arasında artıq bəzi gizli görüşlər baş tutub.

İddialara görə, Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında aşağı səviyyədə ilik təmaslar qurulub.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun isə CHP, MHP və Xalqların Demokratik Partiyasını (HDP) ehtiva edən koalisiya üçün hərəkətə keçdiyi bildirilir. İddialara görə, CHP-nin planlaşdırdığı formul CHP-MHP koalisiyasına HDP-nin kənardan dəstək verməsini nəzərdə tutur. Qeyd olunur ki, son prezident seçkilərində CHP və MHP-nin vahid namizədi olan Ekmeleddin İhsanoğlunun seçki kampaniyasını həyata keçirən bəzi CHP-lilər MHP ilə gizli görüş keçiriblər. Görüşdə CHP-MHP koalisiyasının mümkünlüyünə MHP sədri Dövlət Bağçalı və partiyanın digər rəhbər şəxslərinin münasibəti öyrənilib. Görüşün nəticələri haqqında isə məlumat verilmir.

HDP-nin qurulacaq CHP-MHP koalisiyasına kənardan dəstək verib-verməyəcəyini müəyyənləşdirəcək danışıqların isə qısa müddət ərzində başlayacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm