Türkiyə sərhədində şiddətli döyüşlər gedir
Bizi izləyin

Dünya

Türkiyə sərhədində şiddətli döyüşlər gedir

Türkiyə sərhədləri yaxınlığında İŞİD terror təşkilatı ilə müxalif silahlılar arasında qarşıdurmalar davam edir.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, İŞİD Türkiyənin Kilis şəhərinin qarşısında yerləşən Suriyanın Hələb vilayətinin Azez mahalını ələ keçirmək üçün hücuma başlayıb.

Döyüşlərin getdiyi ərazidə Suriyanın Es-Selame sərhəd qapısı yerləşir. Adıçəkilən sərhəd qapısı Türkiyəyə açılan ən böyük sərhəd qapılarından olan Öncüpınarın qarşısında yerləşir.

Qeyd edilir ki, İŞİD-in Türkiyə sərhədinə yaxın ərazilərdə apardığı əməliyyatların əsas hədəfi müxalifətin əlində olan Hələbə uzanan strateji əhəmiyyətli yolları kəsməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm