Ter-Petrosyanın fraksiyası parlamenti boykot etdi
Bizi izləyin

Dünya

Ter-Petrosyanın fraksiyası parlamenti boykot etdi

Keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin parlament fraksiyası Ermənistan parlamentinin bugünkü iclasını tərk edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, müxalifət fraksiyası addımını bu gün səhər saatlarında paytaxt İrəvanda keçirilən aksiyanın polis tərəfindən qəddarlıqla dağıdılmasına etiraz olaraq atıb.

“Hakimiyyət növbəti dəfə dinc nümayişçilərə qarşı zorakılıq nümayiş etdirdi”, - fraksiyanın bəyanatında deyilir. Fraksiyanın deputatları saxlanılmış vətəndaşları dərhal azad etməyi və dinc nümayişçilərə qarşı zorakılığa yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Xatırladaq ki, elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq İrəvanda keçirilən aksiya bu gün səhər saatlarında polis tərəfindən zorakılıqla dağıdılıb. Aksiyanın 237 iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında jurnalistlər də var. Polis və nümayişçilərdən 18 nəfərin yaralandığı, onlardan 10-nun xəstəxanaya yerləşdirildiyi deyilir.

Ermənistanda elektrik enerjisinin qiyməti Tarif Şurası tərəfindən 17 iyun tarixində 16 faiz qaldırılıb. Tarif Şurasının qərarı 1 avqustdan qüvvəyə minəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm