İstidən 700 nəfər öldü: dindarlar orucu pozmağa çağırdı - FOTOLAR
Bizi izləyin

Dünya

İstidən 700 nəfər öldü: dindarlar orucu pozmağa çağırdı - FOTOLAR

Pakistanda anomal istilərdən ölənlərin sayı 700-ü keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, istilər daha çox Kəraçi şəhərində qeydə alınıb. 20 milyon insanın yaşadığı şəhərdə havanın temperaturu 45 dərəcədən aşağı düşmür.

Kəraçi xəstəxanasına 3000-dən artıq insan müraciət edib. Son 3 gün ərzində Pakistanın ən iri meyitxanalarında 400-dən çox meyit saxlanılır. Artıq meyitxanada boş yerin olmadığı bildirilir.

Ən pisi isə odur ki, ölkədə şiddətli istilər müqəddəs Ramazan ayında başlayıb. Din adamları zəif insanları orucunu pozmağa və daim su içməyə çağırır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm