İrəvanda “Tarif Maydanı”nın iştirakçılarının sayı artır
Bizi izləyin

Dünya

İrəvanda “Tarif Maydanı”nın iştirakçılarının sayı artır

İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyası davam edir.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, aksiya iştirakçılarının sayı getdikcə artır.

Bu gün səhər saatlarında Ermənistan polisinin rəisi Vladimir Qasparyan Baqramyan prospektində aksiyanın keçirildiyi ərazidə olub. Zibil qutularından qurulan barrikadalara qədər gələn Qasparyan əraziyə baxış keçirəndən sonra jurnalistlərlə danışmadan oradan uzaqlaşıb.

Xatırladaq ki, iyunun 23-ü sübh tezdən polis Baqramyan prospektində keçirilən aksiyanı amansızlıqla dağıdıb. Azadlıq meydanına getməyə məcbur olan aksiyaçılar yenidən Baqramyan prospektində oturaq aksiyaya başlamağa qərar veriblər.

Qeyd edək ki, çoxsaylı etirazlara baxmayaraq, iyunun 17-də Ermənistan Tarif Şurası elektrik enerjisinin tarifini 48,78 drama (təxminən 10,3 sent) qaldırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm