• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yunanıstanda böhranın qədim tarixi – FOTOLAR

  • Dünya
  • 2 İyul 2015 17:24
  • 977 Baxış
Yunanıstanda böhranın qədim tarixi – FOTOLAR

Eramızdan əvvəl dördüncü yüz ildə, Platon, Aristotel və Makedoniyalı İsgəndərin olduğu dövrdə Yunanıstanda iqtisadi böhran tarixi başlayır.

Həmin vaxtı Yunanıstanda mövcud olmuş şəhər dövlətləri borclarını ödəyə bilmir.

Müstəqillik yaşının yarısı böhranla keçib...

Ümumiyyətlə, tarixin müxtəlif illərində - 1826, 1843, 1860, 1894 və 1932-ci illərdə Yunanıstan xarici borclarını ödəyə bilmədiyi üçün böyük iqtisadi böhranla üzləşir. Yunanıstanda son 200 ilin təqribən 90 ili iqtisadi böhranla keçib. Təkcə bu rəqəm Yunanıstanın 196 ilik müstəqillik tarixinin haradasa yarısına bərabərdir.

Korrupsiya ölkəsi...

Hər il Yunanıstanda korrupsiyanın dövriyyəsi ölkənin ümumi daxili məhsulunun 8-10 faizini təşkil edir. Hətta Avropa Birliyi korrupsiya göstəricisinə görə Yunanıstanı Çinlə eyni sırada tutur.

Vergi hiyləsi...

Bu gün Yunanıstanda yaşanan böyük iqtisadi böhranı yaradan səbəblərdən biri də vergidən yayınma ilə əlaqələndirilir. Bu ölkənin orta və yüksək sinfə aid olan sahibkarları vergidən yayınırlar.

Avropanın aparıcı iqtisadi təhlilçiləri bəyan edir ki, Yunanıstanda özəl sektor nümayəndələri, xüsusilə də sərbəst peşə sahibləri gəlirlərini səhv bildirirlər. Buna görə də 2009-ci ildə Yunanıstanda 28 milyon avro vergidən yayınma halı qeydə alınıb.

Fəal gənclik, işsiz əhali...

2014-cü ildə Yunanıstanda gənclərin 56,4 faizinin işsiz olduğu açıqlanıb. Ölkədə ümumi işsizlik göstəricisi isə 2013-cü illə müqayisədə 28 faiz artıb.

Gənclərin 65 faizi evsizdir...

Yunanıstanın rəsmi statistikasına görə, ölkədə 18-34 yaş arası olan vətəndaşların 65 faizi valideynləri ilə bir yerdə yaşayır. Ölkədə 25-30 yaş arası şəxslərin valideynləri ilə yaşaması halları isə 2010-cu ildən bəri artır.

Əhalidə yaşlanma gedir...

Yunanıstanda əhalinin 32,9 faizi 55 yaşı adlayıb. Hazırda adambaşı hər qadına 1.3 körpə düşür.

Hazırda Yunanıstandakı vəziyyət 1929-1939-cu illərdə Şimali Amerika və Qərbi Avropada baş vermiş “Böyük böhrandan” da təhlükəli həddə çatıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR