Saçların elektriklənməsinin qarşısını bu üsullarla alın!
Bizi izləyin

Gözəllik

Saçların elektriklənməsinin qarşısını bu üsullarla alın!

Havadakı rütubət saçların qabarıb elektriklənməsinə səbəb olur. Bu problemlə daha çox quru və normal saç tipinə sahib olanlar üzləşirlər. İncə telli saçlar tez-tez qabarıb formasını itirir. Bəs bu halın qarşısını necə almaq olar.

Publika.az sizi bu çətinlikdən xilas edəcək bir neçə məsləhəti təqdim edir:

*Şampun seçərkən diqqətli olun

Tərkibində silikon olan şampunlar sizin üçün uyğun ola bilər. Çünki belə şampunlar saçı yumşaldır.

*Saçınıza balzam çəkin

Mütləq balzamdan istifadə edin. Həm də balzamı 2-3 dəqiqə yox, 10 dəqiqə saxlayın. Bu saçların qabarmasının qarşısını alacaq.

*Saçlarınızı soyuq su ilə durulayın

Saçların təmizlənməsi üçün isti su ilə yumaq vacibdir. Ancaq mütəxəssislər bildirirlər ki, saçların elektriklənməsinin qarşısını almaq üçün onları soyuq su ilə yumaq lazımdır.

Dermatoloqlar əvvəlcə saçınızı şampunlayıb isti su ilə yuymağı, ancaq balzam çəkdikdən sonra saçları soyuq su ilə durulamağı təklif edirlər.

*Saçları qurudarkən diqqətli olun

Saçı dəsmalla qurutmaq saçı elektrikləndirir. Ona görə də saç fenindən istifadə edin. Saçları fenlə qurudarkən daraqdan istifadə edin. Daraqla saçlarınızı düz saxlayın və feni həmin bölgəyə yaxışnlaşdırın. Beləliklə, saçlarınız düzləşəcək və qabarmadan gün boyu qüsursuz görünəcək.

*At quyruğu

Bütün məsləhətlərə əməl etməyinizə baxmayaraq saçınız yenə elektriklənirsə, vəziyyətdən çıxmaq üçün saçınızı at quyruğu yığın.

*Nəmləndirici saç spreyi

Nəmləndirici saç spreyinizi həmişə çantanızda saxlayın. Saçlarınız elektrikləndikdə bu spreydən sıxın.

*Keratin

Elektriklənmə problemini birdəfəlik həll etmək üçün saçlarınızı keratinlə müalicə etdirə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm