Azərbaycanda bu məhsulların istehsalı azaldı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda bu məhsulların istehsalı azaldı

Azərbayanda ötən ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında bu il 38,6 faiz azalma baş verib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qida məhsullarının istehsalında 3,1 faiz, içki istehsalında isə 37,4 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 5,2 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 1,9 dəfə, marqarin istehsalı 20,4 faiz, duru bitki yağlarının istehsalı 14,2 faiz, cem və marmeladların istehsalı 4,2 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, pivə istehsalı 25,7 faiz artıb, bununla yanaşı qənd və şəkər tozu istehsalı 22,4 faiz azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 91,8 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 2,2 dəfə, geyim istehsalında 62,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 58,8 faiz azalma müşahidə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm