Nazirlik rəsmisi: “Artıq bütün sahibkarlar dövlət qayğısından razılıq edirlər”
Bizi izləyin

İqtisadi gündəm

Nazirlik rəsmisi: “Artıq bütün sahibkarlar dövlət qayğısından razılıq edirlər”

Regionların sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində həyata keçirilən tədbirləribn böyük bir hissəsi kənd təsərrüfatı ilə bağlıdır. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illər kənd təsərrüfatında böyük irəliləyişə nail olub ki, bu da qeyri-neft sektorunun inkişafının göstəricisidir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Publika.az-a açıqlamasında son illər aqrar sahəyə dövlət dəstəyinin artdığını və subsidiyaların ayrıldığını bildirib:

“Dövlət dəstəyi kənd təsərrüfatını müxtəlif sahələrində var. Həm fermer və sahibkarlara, həm də heyvandarlıqla məşğul olanlara. Bir neçə ildir ki, əkin texnikası üçün yanacaq materialına görə 50 manat subsidiya ayrılır. Eyni zamanda, buğda istrehsalının stimullaşdırılması ilə bağlı 40 manat yardım edilir. Yəni sahibkarlar ümumilikdə 90 manat yardım alırlar. İstifadə olunan hər hektara görə müəyyən güzəştlər var.

Götürək pambıqçılığı. Sahibkar istehsal etdiyi məhsulun hər kiloqramına görə dövlətdən subsidiya alır. Bu il 250 ton barama istehsal olunub. Yaş baramanın hər kiloqramına görə dövlət tərəfindən 5 manat subsidiya verilir. Digər tərəfdən tütün istehsalçıları məhsulun hər kiloqramına görə maddi dəstək alırlar. Bundan başqa, gübrələr 70 faiz güzəştlə verilir. Texnikalar, kombaynlar, traktorlar və digər qoşqu alətləri dövlət tərəfindən 40 faiz güzəştlə verilir. Respublikaya gətirilən cins malların dəyərinin 50 faizini dövlət ödəyir”.

M.Hacıyev heyvandarlıq sahəsində də eyni diqqətin olduğunu vurğulayıb:

“Heyvandarlığa da diqqət yüksək səviyyədədir. Süni mayalanma yolu ilə doğulan hər buzova görə dövlət tərəfindən 100 manat subsidiya ayırılır. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və Layihələrinin İdarə Olunması üzrə Dövlət Agentliyi tərəfindən sahibkarlara kreditlərin ayrılması həyata keçirilir. Artıq Azərbaycanda Dünya Bankı və Avropa İnkişaf Bankı tərəfindən də kənd təsərrüfatına kreditlər ayrılır”.

Mətbuat katibinin sözlərinə görə, regionlarda sahibkarlarla keçirilən görüşlər zamanı onlar da bu yardımlardan məmnunluq ifadə edirlər:

“Nazirliyin hər şöbəsi ayda minimum 3-4 dəfə bölgələrdə olur. Orada seminar və müşavirələr keçirilir. Onlar da dövlət qayğısından razılıq edir. Subsidiyalaşma və kreditləşmə sayəsində öz təsərrüfatlarını inkişaf etdirdiklərini bildirilər. Əvvəllər bölgələrdə istehsal olunan məhsulu sata bilməyən sahibkar problem yaşayırdısa, artıq nazirlik tərəfindən 11 ildən çoxdur ki, yarmarkalar keçirilir. Bu yarmarkalarda məhsul istehsalçıları öz məhsullarını heç bir mane olmadan sata bilirlər”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm