Almaniya iqtisadiyyatında "yarpaq tökümü": Şirkətlər bir-bir iflas edir
Bizi izləyin

İqtisadi gündəm

Almaniya iqtisadiyyatında "yarpaq tökümü": Şirkətlər bir-bir iflas edir

Almaniya iqtisadiyyatındakı tənəzzül və yüksək faiz xərcləri səbəbindən aprel ayında şirkətlərin müflisləşməsi 28,5 faiz artıb.

Publika.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqlamasına görə, iflas müraciətləri aprel ayında əvvəlki ilin eyni ayına görə yüzdə 28,5 % artıb. Mart ayında isə ölkədə əvvəlki illə müqayisədə müflisləşmələrdə 12,3 % artım olub.

Destatisinin digər açıqlamasına görə, 2023-cü ilin iyun ayından etibarən hər il iflaslarda ikirəqəmli artım müşahidə olunur. Ofis ölkədəki şirkət və fərdi iflaslarla bağlı fevral ayı üzrə yekun məlumatları da açıqlayıb. Müvafiq olaraq, fevral ayında iflas edən müəssisələrin sayı 2023-cü ilin fevral ayına nisbətən yüzdə 31,1 artaraq 1785-ə çatıb.

2024-cü ilin fevral ayında ən çox iflas nəqliyyat və anbar sektorunda müşahidə edilib. Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc 4,1 milyard avro olaraq qeyd edilib. Sözügedən borc 2023-cü ilin fevral ayında təxminən 3,2 milyard avro idi.

Almaniya iqtisadiyyatı alıcılıq qabiliyyətinə təsir edən qeyri-adi yüksək inflyasiya, yüksək enerji qiymətləri, azalan investisiyalar və yüksək faiz dərəcələri səbəbindən keçən il əvvəlki ilə nisbətən 0,3 faiz kiçilib. Almaniya G7 ölkələri arasında kiçilən yeganə ölkə olub.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm