İqtisadi gündəm
ATƏT PA prezidenti Bakıdan çağırış etdi
Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası çərçivəsində baş tutan “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırışlar” adlı xüsusi müzakirələrdə qurumun prezidenti ATƏT ölkələrinə çağırış edib.
Publika.az-ın məlumatına görə, ATƏT PA prezidenti Ranko
Krivokapiç çıxışında ekstremizm, radikalizm və ksenofobiyanın
dünyaya, regiona gətirdiyi bəlalardan danışaraq vəziyyətin son
həddə olduğunu bildirib.
O qeyd edib ki, hazırda qloballaşma şəraitində ekstremizm özünü
daha qabarıq şəkildə büruzə verir: “Ekstremizm və ksenofobiya
məsələlərinin regionda həll olunması üçün milli dialoq vacibdir.
Dialoq olmadığı halda ekstremizm hər yeri bürüməyə başlayır”.
R. Krivokapiç əlavə edib ki, ekstremizmin baş qaldırmasının
səbəblərindən biri də iqtisadi böhrandır.
Onun sözlərinə görə, iqtisadi böhran yaşandığı halda, ekstremist
qruplaşmalara qarşı mübarizə qeyri-səmərəli olur: "Ona görə də biz
başa düşməliyik ki, məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının
bütün sahələrin əhatə edir. İnsanlar görsə ki, dövlət onlara qayğı
ilə yanaşır, o zaman ekstremist qruplaşmalar yarana bilməz".
R. Krivokapiç xüsusi vurğulayıb ki, ATƏT-ə üzv olan bütün ölkələr
ekstremizm, terrorizm və ksenofobiyaya qarşı birgə mübarizə
aparmalıdır.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi