İqtisadi gündəm
Bu günün tarixi (06.07.2014)
Miladi: 06 iyul 2014
Hicri: 08 ramazan 1435
İlin 187-ci günü
İlin sonuna 178 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.47
Günəş - 06.16
Zöhr - 13.49
Əsr - 18.28
Məğrib – 21.30
İşa – 23.17
1687-ci ildə Nyutonun “Philosophiæ Naturalis Principia Mathematica”
(Təbiət fəlsəfəsinin riyazi prinsipləri) kitabı nəşr olunub
1811-ci ildə Simon Bolivar Venesuelanın İspaniyadan müstəqilliyini
elan edib
1830-cu ildə Fransa Əl-Cəzairi işğal edib
1884-cü ildə Kamerun Almaniyanın kolonyası oldu
1911-ci ildə Fransanın 19-cu Prezidenti Jorj Pompidu dünyaya
gəlib
1921 - Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun
iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində
saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də
RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və
Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə
qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla
Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)PMK-nın
işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə,
RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa
Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri
olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu.
Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət
qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti
təşkil edildi.
1924-cü ildə Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya
Oyunlarının açılşı olub
1932-ci ildə Portuqaliyada Antoniu di Oliveyra Salazar hakimiyyətə
gəlib
1939-cu ildə Hatay dövlətinin Məclisi səs çoxluğu ilə Türkiyə
dövlətinə birləşmə qərarı verdi
1946-cı ildə ilk bikini Parisdə təqdim olundu
1954-cü ildə BBC ilk dəfə televiziya xəbər buraxılışını
yayımladı
1962-ci ildə Əl-Cəzair müstəqilliyini elan etdi
1977-ci ildə Pakistanda baş qərargah rəisi Ziyaul Haqqın
rəhbərliyində hərbi dövlət çevrilişi oldu. Baş nazir Zülfüqar Əli
Bhutto həbs edildi
1995-ci ildə türk şair və yazıçısı Əziz Nesin ölüb
2002 – Prezident Heydər Əliyevin fərmanı iləAzərbaycan dövləti ilə
xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı
ilə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.
2008 - Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astananın 10
illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edib,
bir sıra ikitərəfli görüşlər keçirib.
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi