İqtisadi gündəm
İran cəbhədəki gərginlikdən narahatdır
Son günlər ərzində Azərbaycan və Ermənistan qoşunlarının
təmas xəttində atəşkəsin pozulması İranda da narahatlıqla
izlənilir.
Bu barədə İranın xarici işlər nazirliyinin sözcüsü Mərziyə Əfxəm bu
munaqişə ilə əlaqədar narahatlıgını bəyan edib: “Azərbaycan və
Ermənistan münaqişəsinin hərbi həll yolu yoxdur. Buna görə də gərək
danışıqlar aparılsın və toqquşmaların şiddətlənməsinə imkan
verilməsin”.
Publika.az-ın məlumaına görə, İran-Azərbaycan dostluq qrupunun
sədri, Əhəd Qəzai isə bildirib ki, "Ermənistan təcavüzkarlarıqla
Azərbaycanın torpağını işğal edib və bu şəraitdə Azərbaycan xalqı
özünü müdafiə etməlidir. Bu təcavüzkarlıq həm gonşu ölkələrə, həm
də regionda sülh və sabitlik üçün ciddi təhlukə yaradır".
İranın Azərbaycandakı sabiq səfiri söyləyib ki, "Mən də eşitdim,
çox narahat oldum. Hər halda insanlar tələf olur, amma Azərbaycanın
20% torpağı işğal olunub”.
1980-ci ildən başlayaraq, daim təcavuzə məruz qaldıqlarını
xatırladan sadə iranlılar təcavüzün nə demək olduğunu anlayırlar.
İnsan hüquqlarının pozulmasının da nə demək olduğunu yaxşı
bilirlər.
Tehran sakini Elşən Qasemi qeyd edir ki, "Bu xəbəri eşitdim, çox
üzüldüm və məni çox pis təsir etdi. Mən bu şəraiti öncə də
İran-İraq müharibəsində görmüşdüm, həqiqətən çox çətin bir
şəraitdir. Mən bunun üçün bütün dünya azərbaycanlılarına və
müsəlman dünyasına başsağlıgı verirəm”.
Xatırladaq ki, İranın Bakıdakı səfiri Möhsün Pakayin bir daha
İranın Qarabağ münaqişəsinin həlli sahəsində Azərbaycan-Ermənistan
arasında vasitəçilik etməyə və problemin həllini tapmağa hazır
olduğunu vurgulayıb.
Bu bəyanat göstərir ki, İran münaqişənin tezliklə həll olunmasında
maraqlıdır və buna görə çalışır. /bizimyol.info/
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."