Rusiyadan xəbərdarlıq: “Müharibə Ermənistan üçün dağıdıcı olacaq”
Bizi izləyin

İqtisadi gündəm

Rusiyadan xəbərdarlıq: “Müharibə Ermənistan üçün dağıdıcı olacaq”

“Azərbaycan və Ermənistan sülhə daha yaxın olmadı, amma Rusiya Qərbə göstərdi ki, Qafqaz onun təsir zonasıdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər “RİA-Novosti” xəbər agentliyinin keçmiş analitiki, rusiyalı siyasi müşahidəçi Vadim Dubnovun “Ruskaya planeta" nəşrində dərc edilmiş yazısında yer alıb. Onun sözlərinə görə, uzunsürən münaqişə indiki halda heç bir tərəfin planlarına daxil olmur:

“Müharibə Ermənistan üçün dağıdıcı olacaq. Azərbaycan sabit maliyyə sistemi və münbit investisiya mühitini riskə atmaq istəmir. Rusiya isə Ukrayna münaqişəsindən diqqətini yayındırmaqla, Ermənistan qarşısındakı öhdəliklərini icra etmək məcburiyyətində qalmaq istəmir. Bundan başqa isə, Rusiya elitasının xeyli hissəsi Azərbaycanla bağlıdır”.

V.Dubnov qeyd edib ki, prezidentlərin Soçi görüşü Moskva üçün sülhməramlılığın triumfu olmalı idi. Amma rusiyalı siyasi müşahidəçi bu dəfə hər şeyin Azərbaycan və erməni liderlərinin açıq və planlaşdırılmayan atışması ilə döndüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm