Sabina Freyzer: “Ukrayna böhranı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ağırlaşdırır”
Bizi izləyin

İqtisadi gündəm

Sabina Freyzer: “Ukrayna böhranı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ağırlaşdırır”

Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin rəhbəri Sabina Freyzer ABŞ Atlantik Şurasının saytında Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı məqalə dərc etdirib.

Publika.az-ın verdiyi xəbərə görə, məqalə “Ukrayna böhranının fonunda Qarabağ münaqişəsinin həlli perspektivləri” adlanır.

Müharibə təhlükəsinin artdığını bildirən S.Freyzer hesab edir ki, yaranmış vəziyyət Qafqazda maraqlarını təmin etmək istəyən Rusiyaya vasitəçi kimi çıxış etməyə imkan verir. Onun sözlərinə görə, prezident Vladimir Putinin millətçi və imperialist xarici siyasəti münaqişəni həll etməyi imkan verəcəyi inandırıcı görünmür.

“Putin Azərbaycan və Ermənistan prezidentlərini Soçiyə çağıraraq özünü sülhyaradan kimi təqdim etmək üçün döyüşlərdən istifadə etdi”, - deyə o, bildirib. S.Freyzer hesab edir ki, Ukrayna böhranı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ağırlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm