Prezident İlham Əliyevdən iki qəbul
Bizi izləyin

İqtisadi gündəm

Prezident İlham Əliyevdən iki qəbul

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün ölkə başçısı həmçinin Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və Xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd etdi. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm