Daha 14 nəfər azad edildi
Bizi izləyin

İqtisadi gündəm

Daha 14 nəfər azad edildi

Prezident İlham Əliyevin sərəncamı əsasında 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 14 nəfər məhkum azadlığa buraxılıb.

Publika.az-ın məlumatına görə, əfv olunanlar arasında vaxtilə Təhsil Nazirliyi qarşısında hicaba görə icazəsiz aksiya keçirənlərdən iki nəfər - Ceyhun Quliyev və Muraday Quliyev də var. Onlara əfv bülletenlərini Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov təqdim edib. H.Əlixanov 1995-ci ildən bu günə qədər 6029 nəfərin əfv edildiyini deyib.

Əfv olunan şəxslərin yaxınları bu qərarı çoxdan gözlədiklərini deyiblər.

Hüseyn Əlixanov daha 6 yeni cəzaçəkmə müəssisəsinin tikildiyini bildirib: “Biz cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğun, daha təkmilləşdirilmiş formada qurulmasına çalışırıq”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm