İqtisadi gündəm
Komitənin qadağan etdiyi kolbasalar satışdan çıxarılmayıb
Bakıda istehsalı dayandırılan “Baranina” kolbasasının satışı davam edir.
Axar.az-ın müxbiri şəhərin ərzaq mağazalarında “Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsullarının yığışdırılmadığının şahidi olub. Hazırda “Orxan-SS” firması məhsulları ticarət şəbəkələrinə paylanmaqda və satılmaqdadır.
Qeyd edək ki, “halal” sözü ilə markalanmış bu məhsullarda donuz əti və piyi aşkar edildiyi üçün “Baranina” kolbasasını istehsal edən firmaya sertifikat verilməyib. “Orxan-SS” firmasının fəaliyyətinə xitam veriləcəyi gözlənilirdi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Analitik.az”a bildirmişdi ki, araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq.
F.Talıblı onu da qeyd etmişdi ki, ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etmirlər: “Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik”.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi