Qazaxda çobanı avtomobil vurdu
Bizi izləyin

Hadisə

Qazaxda çobanı avtomobil vurdu

Hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Belə ki, kənd sakini Kərimov Məhəmməd Şahqulu oğlu otardığı heyvanları yolun qarşı tərəfinə keçirtmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. Ağır xəsarət alan çoban xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm