Hadisə
Bakı-Qazax yolunda eyni anda üç qəza: 5 yaralı - - FOTO
Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.
Publika.az xəbər verir ki, əvvəlcə "99-LF-265" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn "20-CE-897" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerində olan qum ətrafa dağılıb.
Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilir ki, üçüncü qəza "Lada"nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.
Qəza zamanı "Kamaz"ın sürücüsü ağır, digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. (report)
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?