Xızıda yol çəkilişi zamanı məzarlıq tapıldı - VİDEO
Bizi izləyin

Hadisə

Xızıda yol çəkilişi zamanı məzarlıq tapıldı - VİDEO

Xızı rayonunda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb.

Məzarlıq Xızı-Altıağac yolunun çəkilişi zamanı qazıntı işləri aparan Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Belə ki, yolun Altıağac qəsəbəsinin ərazisindən keçən hissəsində qazıntılar zamanı insana məxsus xeyli sayda kəllə sümükləri aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə, məzarlığın aşkar olunduğu ərazidə qədim kənd olub və orada aşkarlanan insan skletlərinin həmin kəndin sakinlərinə məxsus olduğu ehtimal edilir.

Tapılan insan sümükləri Yol İstismar İdarəsinin əməkdaşları və yerli sakinlər tərəfindən başqa ərazidə yenidən basdırılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm