Hadisə
Bakıda geylərin KÜTLƏVİ HƏBSİ: aralarında QİÇS xəstələri də var
Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
Yerli saytların bildirdiyinə əsasən, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb. Daxili İşlər Nazirliyindən bu xəbəri virtualaz.org-a təsdiqləyiblər.
Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanların olduğu da bildirilir. İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlum olub. Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb.
Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.
Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.
Nazirlikdən bildirildiyinə görə, əməliyyatda Yasamal, Nəsimi, Nərimanov rayon polis idarələrinin əməkdaşları iştirak edib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ